“Şahdağ Qusar” Futbol Klubu heyətində dəyişiklik baş verib. Bu haqda ShimalNews 3 iyul tarixində xəbər verir.
Qartallarımız İlyas Səfərzadə ilə sözləşmə imzalayıb. 28 yaşlı futbolçu növbəti mövsümdə komandamızın şərəfini qoruyacaq.
Bundan öncə Səfərzadə müxtəlif yaş qrupları üzrə milli komandamızla yanaşı, "Xəzər Lənkəran", “AZAL” və "Kəpəz" kimi klubların formasını geyinib.