Şimal bölgəsinin dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 33 santimetrə çatıb. Ən çox qar Kişçayda qeydə alınıb.
Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, bölgənin bir sıra ərazilərində yağıntılı hava şəraiti davam edib.
Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaşda (Qax), Əlibəydə (Zaqatala) və Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23 santimetr olub.
Rayonlarda qeydə alınan yağıntının miqdarı isə Oğuzda 21, Qubada 15, Qəbələdə 12, İsmayıllıda 1–5, Balakən, Xaçmaz və Şabranda da 1–5 millimetr təşkil edib.
Şəkinin Kişçay ərazisində duman müşahidə olunub. Burada görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.