Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Qusardan olan idmançımız qızıl medal qazanıb. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
Yunan-Roma güləşçimiz Səid Paşayev (92 kq) finalda serbiyalı Stevan Kojiçə tam üstünlüklə (8:0) qalib gələrək U-17 Avropa çempionu olub.
Bundan öncə Səid U-15 Avropa çempionatında qızıl medal qazanmışdır.