Qusar rayonunda məktəbli qızlar üçün voleybol idman növü üzrə kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews 18 aprel tarixində məlumat verir.
Məşğələ Olimpiya İdman Kompleksində təşkil edilib. Burada 25 nəfər idmançı və məşqçi-müəllim iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə qızlar arasında voleybol idman növünə marağın artırılması və rayonda inkişaf etdirilməsidir.