Qusar rayonunda MMA idman növü üzrə kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews xəbər verir.
Tədbir Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub. Olimpiya İdman Kompleksində "Sağlam həyat" layihəsi çərçivəsində 45 nəfərdən yuxarı uşaq və yeniyetmələr bu idman növünə təşviq edilib.