Qusar şəhər güləş zalında cüdo idman növü üzrə kütləvi idman tədbiri keçirilib. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
Tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, UGİŞM-in direktoru, məktəbin cüdo idman növü üzrə məşqçi-müəllimləri və 50 nəfərə yaxın idmançı iştirak ediblər.
Bununla yeniyetmə və gənclər arasında cüdo idman növünə marağın artırılması və rayonda inkişafı məqsədi hədəfə alınıb.