Qusar şəhər “Simurq” Kulturologiya Mərkəzində şahmat yarışı baş tutub. Bu barədə ShimalNews 18 iyun tarixində məlumat verir.
Turnirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, idarənin əməkdaşları, şahmat üzrə məşqçi-müəllim Daim Ağalarov və 20 nəfər ata və uşaqlar iştirak ediblər.
Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə mükafatlandırılıblar.