Qusarlı gənc şahmat idman növü üzrə 16 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində uğur qazanıb. Bu haqda ShimalNews 29 iyun tarixində məlumat verir.
Yarış Bakı şəhər Respublika Şahmat Mərkəzində keçirilib. Məşqçi-müəllim Daim Ağalarovun yetirməsi Səid Zeynalov 3-cü yerə layiq görülərək bürünc medal qazanmışdır. O, 11 oyundan 8 xal toplayaraq, 12 idmançı ilə mübarizə aparıb.