Qusar rayonunda üzgüçülük üzrə kütləvi idman tədbiri keçirilib. “ShimalNews” xəbər verir ki, toplantı Olimpiya İdman Kompleksində təşkil edilib.
"Sağlam həyat" layihəsi çərçivəsində Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi İlqar İsrafilov və 45-dən çox idmançı məşğələdə iştirak ediblər.