Qusarda fiziki tərbiyə müəllimləri təlimlərə cəlb olunublar. Bu haqda ShimalNews 13 oktyabr tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində “D” kateqoriyalı məşqçi kursları keçirilir. 24 nəfərin qatıldığı təlimin ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat veriblər.
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə baş tutan kurs 3 gün davam edəcək.