Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna start verilib. Bu haqda ShimalNews 20 iyul tarixində məlumat verir.
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yarışa 6 komanda qatılıb. Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və "Sumqayıt" Voleybol Klubunun direktoru Azər Kərimov iştirak ediblər. Tədbirin bədii hissəsində “Lezginka" qrupunun ifasında rəqs təqdim olunub. Daha sonra yarışa start verilib.
Qusar Olimpiya İdman Kompleksində keçirilən turnirin A qrupunda Kəlbəcər, Zəngilan, Füzuli, B qrupunda isə Şuşa, Ağdərə və Laçın komandaları mübarizə aparır. Bu gün qrup oyunları keçirilib.
Sabah yarımfinal, üçüncü yer uğrunda və final görüşləri təşkil olunacaq.