Qusar Olimpiya İdman Kompleksi ilə tanışlıq keçirilib. Bu haqda ShimalNews 15 iyul tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Görüşdə idarənin rəisi Nəcəf Novruzov, rəis müavini Mustafa Nuhbalayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əliməmmədov iştirak ediblər.
Rəis kompleksə baxış keçirib, ərazidə idman növlərinin infrastrukturu ilə maraqlanıb. Məşqçilərlə görüş zamanı onların təkliflərini dinləyib.