Qusarda minifutbol idman növü üzrə təlim məşqləri keçirilib. Bu haqda ShimalNews 7 oktyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Metak futbol meydançasında baş tutub. Məşqlərə qatılan gənc futbolçuların sayı 35 olub. Toplantının keçirilməsində məqsəd uşaq və yeniyetmələrin futbol idman növünə marağının artırılması və inkişaf etdirilməsidir.