Qusar rayonunda futbol festivalı keçirilib. Bu haqda ShimalNews 26 sentyabr tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən məlumat verir.
İdman tədbiri UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində təşkil edilib. Şirvanlı kəndində baş tutan festivalda 100-dən çox uşaq istirak edib. Tədbirin sonunda hər bir futbolçuya UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.
Festival AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə həyata keçirilir.