Qusarda qaçış marafonu keçirilib. Bu haqda ShimalNews 1 iyul tarixində məlumat verir.
Əniq kəndində təşkil edilən yarışda müxtəlif yaş kateqoriyalarında olan 65 nəfər iştirak edib. Marafonun qalibləri müxtəlif hədiyyələr, medal və kuboklarla təltif olunublar.
Qaliblər 4 iyul tarixində "Şahdağ" Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə milli yığma komandanın seçim mərhələsində iştirak etmək imkanı əldə ediblər.