Qusarda kikboksinq üzrə rayon birinciliyi keçirilib.
“ShimalNews” Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən xəbər verir ki, çempionat Olimpiya İdman Kompleksində baş tutub.
Birincilikdə RGİİ-nin rəisi Nəcəf Novruzov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, idarənin əməkdaşları, kikboksinq idman növü üzrə məşqçi-müəllim Elşən Şükürov və 70 nəfərə yaxın idmançı iştirak ediblər.
Turnirin sonunda qalib kikboksçular idarənin diplomları ilə mükafatlandırılıb.