“WAKO Gənclər arasında Kikboksinq üzrə Dünya Çempionatı”nda Qubadan olan idmançı Səfərəli Vahadov yarımfinalına vəsiqə qazanıb.
ShimalNews xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən yarışda Səfərəli Yunanıstan, daha sonra isə Serbiyalı idmançı üzərində inamlı qələbə qazanıb. Bu gün isə onun rəqibi qardaş Türkiyənin idmançısı olacaq.
Çempionat sentyabrın 1-dək davam edəcək.