İspaniyada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında Qubadan olan idmançı uğur qazanıb. Bu barədə ShimalNews 29 iyun tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Santyaqo de Kompostela şəhərində U-20 Avropa çempionatı keçirilib. Güləşçimiz Fəraim Mustafayev 63 kq çəki dərəcəsində türkiyəli rəqibi Furkan Erkenə 13:10 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Bununla millimiz rekord xalla Avropa çempionu olub. Komandamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal və 144 xal toplayıb.