Quba Olimpiya İdman Kompleksində “Ulduz Cup” beynəlxalq turnirinin ilk oyunu baş tutub.
ShimalNews xəbər verir ki, “Ulduz” FA və “Bunyodkor” (Özbəkistan) komandaları üz-üzə gəlib. Nəticədə hesab müvafiq olaraq 1:2 hesabla qonaqlar qalib olub.
Turnir Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə sentyabrın 6-dək davam edəcək. Burada 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır. “A” qrupunda "Bunyodkor" (Özbəkistan), "Ulduz" FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə "Dinamo Minsk" (Belarus), "Saburtalo" (Gürcüstan), "Qarabağ" və "Metak" qüvvəsini sınayacaq.