Qubada sambo idman növü üzrə ustad dərsi keçirilib. Bu barədə ShimalNews 21 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Ustad dərsləri “28 May” parkında baş tutub. Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak edib.
Dərsdə sambo üzrə məşqçi-müəllim Anar Mikayılov gənc idmançılara müxtəlif idman hərəkətləri nümayiş etdirib.