Quba rayonunda "Üzməyi öyrənək" layihəsinin 4-cü mərhələsinə start verilib. Bu haqda ShimalNews 18 aprel tarixində məlumat verir.
Təlim-məşqlər 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçiriləcək və sonda təlim-məşqlərdə iştirak edən şagirdlər arasında üzgüçülük üzrə yarış təşkil olunacaq.
Təşkilatçılıq Gənclər və İdman İdarəsi və Quba Olimpiya İdman Kompleksi tərəfindən birgə təmin edilir.