İdman paytaxtı Quba şəhərində futbolun inkişafına dair planlar müzakirə olunub. Bu barədə ShimalNews 19 iyul tarixində məlumat verir.
Quba Rayon İcra Hakimiyyətində “Hypers Guba” futbol klubunun prezidenti Ayaz Abdullayev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və icra başçısı İlqar Mahmudov görüş keçiriblər.
Rayonda uşaq, yeniyetmə və gənc futbolçularla təşkil olunacaq layihələr, yarışlar və futbolun inkişafı istiqamətində görüləcək işlər gündəmə gətirilərək müzakirə olunub.