Qubada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının növbəti mərhələ oyunları baş tutacaq. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
“Quba” mərhələsində iştirak edəcək ölkə və komandaların adları təsdiqlənib: Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Czechia” (Çexiya). Ölkəmizi isə “Baku Flames” klub komandaları təmsil edəcək.