Qubada yeniyetmə və gənclər arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 28 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
27 Sentyabr - Anım gününə həsr olun tədbir Quba Olimpiya İdman Kompleksində baş tutub. Yarış 100 m, 400 m və 3000 m məsafəyə qaçış normativləri üzrə təşkil edilib.
Sonda qaliblər Quba-Xaçmaz RGİİ tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunublar.