Bu gün Quba Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Yarış iyunun 29-dək davam edəcək. Burada Bakı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq.
Sonda Azərbaycan Stolüstü Tennis Federasiyası və Gənclər və İdman Nazirliyi hədiyyələrlə birgə diplomları qaliblərə təqdim edəcək.