Qubalı şəhid Sənan Qəhrəmanovun adına voleybol meydançasının açılış mərasimi keçirilib. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Tədbir Xucbala kəndində “Quba – İdman Paytaxtı 2024” çərçivəsində təşkil olunub. Burada şəhidin valideynləri və yaxınları, müəllimlər, idmançılar və yerli sakinlər iştirak ediblər.
Yerli idmançılardan ibarət komandalar arasında yoldaşlıq oyunları keçirilib. Sonda isə Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.