Qubada sambo idman növü üzrə master-klas təşkil olunacaq. Bu barədə ShimalNews 19 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Ustad dərsləri 20 iyul tarixində saat 10:00-da “28 May” parkında həyata keçiriləcək.
Burada məqsəd gənclərin idmana olan marağının artırılmasıdır.