İdman paytaxtı Quba şəhərində yeni “Quba Döyüş Klubu” MMC açılıb. Bu barədə ShimalNews 17 iyul tarixində xəbər verir.
Klub Olimpiya İdman Kompleksində fəaliyyət göstərir. Müəssisəni Azərbaycan Kikboksinq Federasiyasının şimal bölgəsinin rəhbəri, Əməkdar məşqçi, Milli komandanın böyük məşqçisi Telman Məhərrəmov idarə edir.
Məşqlər həftəiçi hər gün yaş qrupuna uyğun olaraq, müxtəlif saatlarda keçirilir.