Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə “Quba” futbol klubunun rəhbəri Elnur Mirzəyev və təsisçi heyəti arasında görüş keçirilib. Bu haqda ShimalNews 6 avqust tarixində məlumat verir.
Görüş zamanı Quba futbolunun uşaq futbolundan başlayaraq 4 il ərzində mərhələli şəkildə inkişafı barədə geniş müzakirələr aparılıb və önəmli qərarlar qəbul edilib. Yaxın günlərdə görüşdə qəbul olunan qərarların həyata keçirilməsi istiqamətində işlərə başlanılacaq.