Qubada Azərbaycanın parataekvondo millisinin təlim-məşq toplanışı keçiriləcək. Bu haqda ShimalNews 5 avqust tarixində məlumat verir.
Avqustun 5-dən 18-dək davam edəcək proses Paris–2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi üçün təşkil edilir. Təlimlərə 9 idmançı cəlb edilib.
Paris Paralimpiadasında 3 parataekvondoçu – Əbülfəz Abuzərli (80 kq), İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq) iştirak edəcəklər.