Qubada gənc qızlar arasında voleybol üzrə rayon birinciliyi start alıb. Bu haqda ShimalNews 24 iyul tarixində məlumat verir.
İdman tədbiri Olimpiya İdman Kompleksində keçirilir. “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunan yarış 26 iyuladək davam edəcək.
Birincilik Azərbaycan Voleybol Federasiyasının, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba Regional "ASAN xidmət" Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutur.