Quba Gənclər Mərkəzində rayonun idman ictimaiyyəti ilə görüş keçirilib. Bu barədə ShimalNews 19 iyul tarixində Gİİ-yə istinadən xəbər verir.
Tədbirə Quba-Xaçmaz Regional Gİİ-nin rəisi Nəcəf Novruzov, onun müavini Mustafa Nuhbalayev, idman qurğularının rəhbərləri, hakimlər, məşqçilər və idmançılar təşrif buyurublar.
Burada məqsəd gənclərin idmana olan marağının artırılmasıdır. Görüşdə həmçinin təşkil olunacaq yarışlar və təkliflər müzakirə olunub.