Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümündə “Quba” komandası mübarizə aparacaq.
“Azərtac” xəbər verir ki, 12 klubun çıxış edəcəyi ölkə çempionatında Şimal təmsilçisi “Cəlilabad”ı əvəzləyib.
Təmsilçimizin baş məşqçi postuna ötən mövsüm “Cəlilabad”a rəhbərlik edən Şəhriyar Əsgərov təyin olunub. Komandanın heyətinə 4 amerikalı basketbolçu artıq cəlb edilib. Onlarla 1 illik müqavilə imzalanıb.