Qubada kikboksinq idman növü üzrə master-klas keçirilib. Bu barədə ShimalNews 5 oktyabr tarixində rayon Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
“İdman hamı üçün” devizi altında baş tutan ustad dərsi şəhər ərazisində yerləşən kikboksinq zalında təşkil olunub.
Tədbir Gİİ-nin təşkilatçılığı ilə həyata keçirilib. Məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.