Qubalı idmançı açıq Türkiyə çempionatının qalibi olub. Bu haqda ShimalNews 8 iyul tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Ankarada keçirilən taekvondo üzrə G-2 kateqoriyalı yarışda Humay Dadaşova boyu 156 sm-dək olan idmançılar arasında (qızlar) 1-ci olub.
Çempionat iyulun 9-dək davam edəcək.