“Şahin” hərbi-idman oyunları üzrə Quba rayon birinciliyinin qalibləri mükafatlandırılıblar. Bu haqda ShimalNews 20 aprel tarixində məlumat verir.
Mərasim Olimpiya İdman Kompleksində keçirilib. Yarışın nəticələrinə görə, Qamqam kənd tam orta məktəbin komandası I yerə, Alekseyevka kənd tam orta məktəbin komandası II yerə, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası III yerə layiq görülüb. Onlar müvafiq dərəcəli diplom və medallarla, müxtəlif mərhələlərdə fərqlənən komandalar isə fəxri fərmanlarla təltif olunublar.