Qubada velosiped idman növü üzrə Azərbaycan çempionatının ikinci mərhələsi təşkil edilir. Bu haqda ShimalNews 7 oktyabr tarixində Azərbaycan Velosiped Federasiyasına istinadən məlumat verir.
Şose növündə çoxgünlük ötüşmələr üzrə yarış Qubada “ASAN xidmət” mərkəzinin qarşısından start götürüb və Susay kəndi ərazisində başa çatıb. 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 50 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 30 km məsafə qət ediblər. Qaliblər medallarla mükafatlandırılıblar.
Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.