Xəbər verdiyimiz kimi, "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinə start verilib.
"Sea Breeze"dən start götürən ikinci etapın qalibi qazaxıstanlı idmançı Yevgeniy Fedorov olub. İkinci yeri isə isveçrəli idmançı Aleksandre Balmer tutub.
İdmançılar yürüş zamanı Şamaxıdan keçiblər və İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.