İsmayıllı Olimpiya İdman Kompleksində Fudokan karate-do idman növü üzrə turnir keçirilib. Bu barədə ShimalNews 19 fevral tarixində məlumat verir.
Bakı şəhəri də daxil olmaqla Sumqayıt, Gəncə, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Qubadlı, Zəngilan, Füzuli, İsmayıllı və bir çox rayonlardan ən perspektivli 250 idmançı "Uşaq, yeniyetmə və gənclər" arasında mübarizəyə qatılıblar.