Xaçmazı təmsil edən basketbol komandası paytaxtı təmsil edəcək.
"Report" xəbər verir ki, "NTD-İndiqo" basketbol klubunun adı dəyişdirilib. Komanda bu mövsümdən “NTD” adlandırılacaq və yenidən Bakı şəhərini təmsil edəcək. Klubun yeni loqosu da təqdim olunub.
Baş məşqçi Tahir Baxşıyev komandadakı işini davam etdirəcək.