İsmayıllıdan olan gənc cüdoçu Elxan Mirzəzadə böyüklər arasında bürünc medal qazanıb. Bu haqda ShimalNews 3 aprel tarixində məlumat verir.
Yarış Bakı şəhərinin Sərhədçi İdman Mərkəzində start götürüb. Elxan 73 kq çəki dərəcəsində 3-cü olaraq Avropa kubokuna lisenziyanı təmin edib.
Bu uğur münasibəti ilə idmançımızın məşqçiləri Əkbər Şəfaqətov və Nurlan Salmanzadəyə təbriklər ünvanlanıb.