İsmayıllıdan olan gənc qız velosiped idmanının trek növü üzrə ölkə çempionatında uğurla iştirak edib. Bu barədə ShimalNews 26 iyul tarixində məlumat verir.
Yarış Bakı şəhərində keçirilib. 2 km məsafəyə fərdi ötüşmədə İsmayıllı rayonundan olan idmançı Marina Akimova gümüş medal qazanıb.
İdmançımızı və onun məşqçisi Oleq Ravçeyevi təbrik edirik.