İsmayıllı rayonunda uşu idman növü üzrə klublararası turnir keçirilib.
“ShimalNews” xəbər verir ki, tədbir Olimpiya İdman Kompleksində təşkil edilib. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Çin Döyüş Növləri Asossiasiyası və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı baş tutan yarışda 15 komandadan 150 nəfərə yaxın idmançı mübarizə aparıb.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.