İsmayıllı Olimpiya İdman Kompleksində "20 yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunan yarış baş tutub.
Shimal.News xəbər verir ki, yeniyetmələr arasında cüdo idman növü üzrə regional turnir keçirilib. Turnirdə respublikanın müxtəlif rayonlarından və Bakı şəhərindən 120 idmançı gücünü sınayıb.
Sonda qaliblər diplom və medallarla mukafatlandırılıblar.