İsmayıllıda cüdo üzrə rayon açıq turniri keçirilib. Bu haqda ShimalNews 19 iyul tarixində məlumat verir.
Olimpiya İdman Kompleksinin təşkilatçılıq etdiyi yarış Vətən müharibəsi şəhidləri: Orxan Lətifli, Tural Şıxızadə və Elnur Qədirlinin xatirəsinə həsr olunub. Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi, İsmayıllı RİH-nin əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi, şəhid valideynləri və digər qonaqlar iştirak ediblər.
Turnirin sonunda hər çəki dərəcəsində I, II, III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif olunublar.