İsmayıllıda minifutbol üzrə turnirin yarımfinal mərhələsi baş tutub. Bu haqda 6 may tarixində ShimalNews rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilib. İdarə, müəssisə və təşkilatlar arasında baş tutan görüşün hesabını təqdim edirik:
İsmayıllı rayon Polis şöbəsi – İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsi 2:0.
Qalib komanda yarışın finalında çıxış edəcək.