İsmayıllıda minifutbol üzrə turnirin növbəti mərhələsi keçirilib. Bu haqda 4 may tarixində ShimalNews rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilib. İdarə, müəssisə və təşkilatlar arasında baş tutan görüşlərin hesablarını təqdim edirik:
İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsi – İsmayıllı Regional Mədəniyyət İdarəsi (3-0);
İsmayıllı rayon Polis Şöbəsi – YAP İsmayıllı rayon təşkilatı (7-0);
İsmayıllı rayon Gənclər və İdman idarəsi – İsmayıllı Mühafizə Bölməsi (4-0);
Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı sektoru – İsmayıllı Qaz İstismar Sahəsi (3-1).
Turnir YAP İsmayıllı rayon təşkilatı və İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.