İsmayıllıdan olan gənc idmançı qızıl medala sahib olub. Bu haqda 26 may tarixində ShimalNews İsmayıllı Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Azərbaycan birinciliyi Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında keçirilir. Mələk Hüseynli 81 kq çəki dərəcəsində qalib adını qazanıb.
Turnir may ayının 27-dək davam edəcək.