top
İsmayıllı cüdo məktəbi: zəhmət, inam və uğur bir arada
15 noyabr 2025, 13:15
- ↺ +

İsmayıllı cüdo məktəbi: zəhmət, inam və uğur bir arada

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu dəfə diqqət Qafqaz dağlarının ətəyində yerləşən İsmayıllı rayonunda cüdo idman növünün inkişafına, yerli idmançıların yetişdirilməsi prosesinə və əldə olunan uğurlara yönəlib.

AZƏRTAC-ın məlumatına görə, İsmayıllı rayonunda gənclər idmanın müxtəlif növləri ilə məşğul olsalar da, son illərdə cüdoya maraq xüsusilə artıb.

Rayonda yetişən cüdoçular təkcə respublika deyil, həm də beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edirlər. Onların bir çoxu milli komandaya qəbul olunaraq, ölkəmizin bayrağını Avropa və dünya çempionatlarında dalğalandırırlar.

İsmayıllının ilk Əməkdar məşqçisi, Azərbaycan Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə baş məşqçisi, Respublika kompleks idman məktəbinin təcrübəli mütəxəssisi Əkbər Şəfaqətov uzun illərdir rayonda cüdonun təbliği və gənc istedadlar yetişdirməklə məşğuldur.

Rayonda cüdonun inkişaf tarixi 2001-ci ildən başlayır. Həmin il Əkbər müəllim və onun komandası bölgədə bu idman növünü yaymağa, uşaqları sağlam həyata cəlb etməyə qərar veriblər. İlk məşqlər sadə, şəraitsiz zallarda keçirilsə də, məqsəd böyük idi — rayonda peşəkar cüdo məktəbi yaratmaq.

Cəmi üç il sonra, 2004-cü ildə İsmayıllıya ilk Respublika çempionatının medalı gətirilib. Ardınca 2005-ci ildə İsmayıllı cüdoçuları Gürcüstan və Ermənistan komandalarını üstələyərək Qafqaz birinciliyinin qalibi olublar. Bu qələbə rayon idmanının tarixində yeni bir səhifə açıb. Sonrakı illərdə İsmayıllı cüdoçuları uğurdan-uğura imza atıblar. 2013-cü ildə Böyük Dəbilqə yarışında qazanılan gümüş medal bölgə idmanı üçün mühüm hadisə oldu. Gənclərin Avropa Olimpiya Festivalında əldə edilən gümüş və bürünc medallar, Avropa kuboklarında qazanılan qalibiyyətlər bu məktəbin sistemli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

İsmayıllı Olimpiya İdman Kompleksində idmançıların məşqlərini izləyirik. Əkbər müəllimin rəhbərliyi altında müxtəlif yaş və çəki dərəcələrində 100-dən çox idmançı məşqlərə cəlb olunub. Onların bir çoxu respublika və beynəlxalq yarışlarda mükafatlar qazanıb.

“Artıq paytaxtda və digər şəhərlərdə İsmayıllı məktəbinin yetirmələri uğurla çıxış edirlər. Bizim idmançılar Azərbaycanı bir çox beynəlxalq yarışlarda layiqincə təmsil ediblər,” - deyə Əkbər Şəfaqətov vurğulayır.

İsmayıllı cüdosunun son illərdə qazandığı uğurlarda gənc idmançıların da böyük rolu var. 2023-cü ildə İsmayıllı məktəbinin yetirməsi, Azərbaycan milli komandasının üzvü Ayxan Mirzəzadə MDB oyunlarında 55 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub. Bu uğur təkcə onun şəxsi zəhmətinin deyil, həm də İsmayıllı cüdo məktəbinin illərlə formalaşmış sisteminin göstəricisidir.

Komandanın istedadlı idmançıları Nərgiz Fərzəliyeva və Ömər Allahverdiyev də Avropa Kubokunda yüksək nəticələr göstərərək biri qalib, digəri mükafatçı adını qazanıb.
Ələkbər müəllimin sözlərinə görə, bu gün cüdo artıq təkcə oğlanların deyil, qızların da sevdiyi idman növünə çevrilib. Son illərdə məşqlərdə qızların fəallığı xüsusilə diqqət çəkir. Onların bəziləri artıq ölkə birinciliklərində fərqlənir, hətta beynəlxalq yarışlarda da medal qazanırlar.

12 yaşlı Nərgiz Fərzəliyeva deyir: “Mən 7-ci sinifdə oxuyuram, 4 ildir cüdo ilə məşğulam. Bu idman növü həyatımın bir hissəsinə çevrilib. Məqsədim gələcəkdə peşəkar cüdoçu olmaq, dünya və Avropa yarışlarında çıxış edərək Azərbaycan Bayrağını qaldırmaqdır. Həftədə 4 dəfə məşqlərə gəlirik, bəzən əlavə məşqlər də olur. Hər dəfə öz üzərimizdə işləyirik ki, daha da güclü olaq”.

Nərgiz bildirir ki, onun cüdo ilə məşğul olmasında valideynlərinin də rolu var: “Uşaqlıqda çox sakit idim. Ad günümdə ata-anam məndən soruşdu ki, nə ilə məşğul olmaq istəyirsən? Dedim ki, bəziləri kimi sadəcə idmana baxmaq yox, özüm də idmançı olmaq istəyirəm. Onlar da mənə inanıb dəstək oldular və cüdoya gətirdilər”.

Komandanın digər üzvü, 12 yaşlı Ömər Allahverdiyev də yarışlarla bağlı təəssüratlarını bölüşüb: “Cüdo mənim həyatımın bir hissəsidir. Hər qələbə məni daha çox ruhlandırır. Bakı şəhərində keçirilən Avropa Kubokunda 3-cü yerə layiq görülmüşəm, digər yarışlarda isə birincilik qazanmışam. Ən böyük arzum Avropa birincisi olmaqdır. Bu uğurların hər birinin arxasında səbir, inam və əzmkarlıq dayanır. Mənim məqsədim təkcə medal qazanmaq deyil, həm də ölkəmin adını layiqincə təmsil etməkdir”.

Bu gün İsmayıllı cüdo məktəbi artıq təkcə bir rayonun deyil, bütün ölkənin idman sisteminin parlaq bir parçasına çevrilib. Burada hər bir məşq, hər bir qələbə zəhmətin, səbrin və inamın təntənəsidir. Rayon gəncləri təkcə güclü idmançılar deyil, həm də vətənpərvər, məqsədyönlü və intizamlı gənclər kimi formalaşırlar.

Beləliklə, İsmayıllı cüdo məktəbindən çıxan hər idmançının bir amalı var — qalib gələrək ölkəsinin adını ucaltmaq. Əminliklə demək olar ki, gələcəyin Olimpiya medalçıları, dünya çempionları da məhz elə bu torpaqlardan çıxacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər