Atletika üzrə 2008 - 2009 - cu il təvəllüdlü idmançılar arasında İsmayıllı rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan yarış Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub. Birincilik dörd növdə (100 m, 400 m, 1500 m və uzunluğa tullanma) oğlan və qızlar arasında təşkil edilib.
Hər mərhələ üzrə mükafatçılar DŞRGİİ tərəfindən diplomlarla, MİHİ İsmayıllı rayon Komitəsi tərəfindən isə medallarla təltif olunublar.